Qaydalar

İstifadəçilərin qeydiyyatdan keçmə zamanı, bilavasitə konsultasiya öncəsi və ya sonrası tərəfimizdən tətbiq olunmuş ümumi qaydalar.


Qeydiyyat qaydaları:
1) Qeydiyyatdan keçərkən daxil etməli olduğunuz mütləq məlumatlar*: istifadəçi adı, ad, soyad, E-mail ünvanını və şifrəni doğru yazmağınızdan əmin olun.
2) Qeydiyyat zamanı daxil etdiyiniz bütün mütləq məlumatların məxfilik hüquqları qorunur.
3) Qeydiyyatdan keçərkən daxil edə biləcəyiniz əlavə məlumatlar: doğum tarixi, əlaqə nömrəsi, faktiki yaşayış yeri (ölkə, şəhər), şəxsi profilinizə əlavə etdiyiniz foto və s. şərt deyil və tam sərbəst olaraq sizin istəyinizə bağlıdır.
4) Qeydiyyat sonrası istənilən vaxtda şəxsi profilinizə daxil olaraq, əlavələr və ya dəyişikliklər etmək mümkündür.
5) Qeydiyyat zamanı şəxsi profilinizə tətbiq etdiyiniz parolun sonradan dəyişdirilməsi və ya unudulmuş parolun bərpası, daxil etdiyiniz E-mail ünvanı vasitəsi ilə icra olunur.


Müraciət qaydaları:
1) Müraciət etmək hüququ yalnız qeydiyyatdan uğurla keçmiş istifadəçilərə verilir.
2) Müraciətdə əks olunan şikayətlər məhz qeydiyyatdan keçən şəxsə mənsub olması şərt deyil, eləcə də yaxın qohum, övlad, ata, ana üçün də müraciət oluna bilər.
3) Müraciətdən öncə saytımızda mövcud olan tibbi ixtisaslar və onlara müvafiq xidmət göstərən həkimlərin profillərini nəzərdən keçirmək tövsiyyə olunur.
4) Müraciət formu Azərbaycan dilində doldurulmalıdır və qarşılıqlı olaraq konsultasiya həkimlərimiz tərəfindən Azərbaycan dilində cavablandırılır.
5) Müraciət yazısından əlavə olaraq, şikayətləri daha aydın təsvir edə bilməyiniz üçün laborator və ya instrumental müayinələrin cavablarını, bilavasitə müxtəlif formatları dəstəkləyən video, şəkil, səsli materialları da bizə göndərə bilərsiniz.
6) Müraciətə dair bütün məlumatların məxfilik hüquqları qorunur.
7) Səhhətinizdə yaranmış şikayətlərin hansı tibbi ixtisasa aid olması barədə məlumatınız varsa, müraciətinizi öncədən nəzərdə tutduğunuz ixtisaslı həkimə göndərməklə bağlı tam sərbəst seçim hüququnuz var.
8) Səhhətinizdə yaranmış şikayətlərin hansı tibbi ixtisasa aid olması barədə məlumatınız yoxdursa, müraciətinizi bizə ümumi göndərə bilərsiniz. Biz sizin şikayətləri təhlil etdikdən sonra, sizin müraciətinizi müvafiq ixtisaslı həkimə yönləndirəcəyik.
9) Müraciətinizə uyğun ixtisaslı həkim bizdə olmadıqda və ya müraciətinizə müvafiq xidməti göstərə bilmədikdə,  sizə bu haqda məlumat bildirəcəyik.
10) Müraciətinizi bizə yazarkən səhhətinizdə yaranmış şikayətləri mümkün qədər aydın, ətraflı, xronoloji ardıcıllıqla yazın. Şikayətlərinizi təsvir etdikdən sonra, sonda mümkün qədər konkret suallar şəklində müraciətinizi tamamlayın.
11) Əgər müraciətinizdə kompleks şikayətə rast gəlinərsə, yəni fərqli ixisas həkimlərinin rəyinə ehtiyac duyularsa bu sizə bildiriləcək. Qərarınızdan asılı olaraq yalnız bir ixtisaslı həkimə və ya ikinci ixtisas həkiminə də müraciətinizi yönləndirə bilərik.
12) Müraciətinizə müvafiq olan konsultasiya cavabı yalnız ödəniş edildikdən sonra sizə göndərilir.
13) Müraciətinizə baxılma müddəti bir neçə gün vaxt ala bilər, zəhmət olmasa təcili hallarda bizə yox, təcili yardım mərkəzinə müraciət edin.
14) Həkimlərimiz tərəfindən sizə yazılan konsultasiya cavabına dair suallarınız yaranarsa, mesajlar bölməsindən həkimə suallarınızı vermək hüququnuz var.
15) Təkrar müraciətdə yeni verdiyiniz suallar daha öncə cavablandırılan konsultasiya ilə əlaqəli olmadıqda və ya suallarınız fərqli xəstəliyi, fərqli şikayətləri əhatə edərsə, bu tərəfimizdən yeni müraciət kimi dəyərləndirilə bilər. Bu halda suallarınızın cavablandırılması üçün yenidən ödəniş etməlisiniz.
16) Nəzərinizə çatdırırıq ki, bütün konsultasiya xidmətləri onlayn formada aparılır, birbaşa və ya kontaktsız müayinə üsulları yoxdur.  Dünya təcrübəsindən istifadə edərək bildiririk ki, konsultasiya sonrası müraciətçilərin səhhətində yaranmış ağırlaşmalara görə məsuliyyət daşımırıq. Xidmətimiz, səhhətinizdə yaranan şikayətərin yaranması, diaqnozu, gedişatı, proqnozu, hansı müayinə və müalicənin vacibliyi barədə Almaniya təcrübəli həkimlərin rəyləri üzərində qurulub.


Ödəniş qaydaları:
1) Tibbi konsultasiya xidməti ödənişlidir və standart olaraq hər müraciət 120 (yüz iyirmi) manat miqdarında dəyərləndirilir.

2) Həftə sonları, qeyri iş günləri də daxil olmaqla hər zaman  "Pulpal" sistemi üzərindən həm plastik kart, həm də nağd formada ödəniş qəbulu mümkündür.

3) Qeyd edək ki, ödənişlərdən əldə olunan məbləğdən həkimlərimiz tam və ya qismən heçbir gəlir əldə etmir, onlayn klinikanın həkimləri müraciətçilərə təmənnasız xidmət göstərir. Ödənişlərdən büdcəyə toplanan məbləğ, saytın qurulma xərcləri, kirayəsi, vergisi və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə saytın daha da təkmilləşdirilməsi üçün nəzərdə tutulub.
4) Hal-hazırda yalnız müəyyən hallarda ödənişin hissəvi geri qaytarılması mümkündür.  Xidmətdən razı qalmadığınız halda, bizimlə əlaqə qurmağınız tövsiyyə olunur.